BAKI, 4 oktyabr — Sputnik. Rusiya xüsusi xidmət və hüquq mühafizə orqanları ilin əvvəlindən Rusiyanın mərkəzi hissəsində yerləşən böyük şəhərlərində 4 terror aktının qarşısını alıblar.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının Baş katibi Nikolay Patruşev bildirib.
"Bu ilin 8 ayında Tula, Vladimir, Tambov və Varonej şəhərlərində planlaşdırılan 4 terror aktı da daxil olmaqla, terror fəaliyyətinə dair 5 cinayətin qarşısı alınıb", - deyə Patruşev Tula şəhərində Mərkəz Federal Dairəsində təhlükəsizlik məsələləri ilə bağlı iclasda çıxışı zamanı qeyd edib.
Onun sözlərinə görə, Mərkəz Federal Dairəsində terrorçuluq fəaliyyəti ilə bağlılığı olan 152 nəfər saxlanılıb.