Qazaxıstanda “Avrasiya” Koordinasiya Şurasının 37-ci toplantısı keçirilib

© © "Hava hərəkətinin təşkili üzrə Dövlət Korporasiyası" Federal Dövlət Unitar Müəssisəsinin mətbuat xidməti"Avrasiya" Koordinasiya Şurası və Koordinasiya Qrupunun ekspertlərinin 37-ci iclasının iştirakçıları
Avrasiya Koordinasiya Şurası və Koordinasiya Qrupunun ekspertlərinin 37-ci iclasının iştirakçıları - Sputnik Azərbaycan
Abunə olmaq
“Avrasiya” KŞ-yə sədrlik funksiyası “Rusiya Federasiyasında Hava Nəqliyyatının Təşkili üzrə Dövlət Korporasiyası” Federal Dövlət Unitar Müəssisəsindən “Kazaeronaviqasiya” Respublika Dövlət Müəssisəsinə verildi

BAKI, 4 oktyabr — Sputnik. MDB ölkələrinin aeronaviqasiya xidməti provayderlərini birləşdirən “Avrasiya” Koordinasiya Şurasının və Ekspertlərin Koordinasiya Qrupunun 37-ci toplantısı sentyabrın 23-26-da Qazaxıstanın Almatı şəhərində keçirilib.

Tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistandan olan aeronaviqasiya provayderlərinin, eləcə də sahə sənaye müəssisələrinin, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO), Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA), Ölkələrarası Aviasiya Komitəsinin (ÖAK) nümayəndə heyətləri iştirak ediblər.

© © "Hava hərəkətinin təşkili üzrə Dövlət Korporasiyası" Federal Dövlət Unitar Müəssisəsinin mətbuat xidməti"Avrasiya" Koordinasiya Şurası və Koordinasiya Qrupunun ekspertlərinin 37-ci iclasının iştirakçıları
Qazaxıstanda “Avrasiya” Koordinasiya Şurasının 37-ci toplantısı keçirilib - Sputnik Azərbaycan
"Avrasiya" Koordinasiya Şurası və Koordinasiya Qrupunun ekspertlərinin 37-ci iclasının iştirakçıları

“Avrasiya” KŞ-nin üzvləri olan aeronaviqasiya müəssisələri cari ilin aprelində keçirilmiş toplantıdan sonrakı fəaliyyətləri barədə hesabat təqdim edib, Ekspertlərin Koordinasiya Qrupunun (EKQ) işlərinin nəticələri barədə hesabatını dinlədilər, müştərək layihələrin gerçəkləşdirilmə perspektivlərini müzakirə etdilər. Bundan əlavə, hava nəqliyyatının təşkili sahəsində beynəlxalq əməkdaşlığın bundan sonra da dərinləşməsi imkanları müəyyən olundu.

Tədbir zamanı “Avrasiya” KŞ-yə sədrlik funksiyası “Rusiya Federasiyasında Hava Nəqliyyatının Təşkili üzrə Dövlət Korporasiyası” Federal Dövlət Unitar Müəssisəsindən “Kazaeronaviqasiya” Respublika Dövlət Müəssisəsinə verildi.

“RF-də Hava Nəqliyyatının Təşkili üzrə Dövlət Korporasiyası” FDUM-nin baş direktoru İqor Moiseyenko Rusiyanın sədr olduğu 2016-2019-cu illər ərzində “Avrasiya” KŞ-nin işlərinin yekunlarına həsr olunmuş hesabatla çıxış etdi. O, həmçinin təşkilatın uzunmüddətli perspektivdəki inkişafının əsas prioritetlərini təyin etdi. Moiseyenko Rusiyada hava nəqliyyatının həcminin dəyişməsi barədə danışdı, Rusiya hava nəqliyyatının idarə edilməsi mərkəzlərinin genişləndirilməsi proqramlarının realizasiyasındakı, yüksək intensivlik dövrlərində uçuşların müntəzəmliyi və təhlükəsizliyinin təmin olunmasındakı uğurları, Saratovda Qaqarin adına yeni aeroportun, Moskvada Şeremetyevo aeroportunda üçüncü uçuş-eniş zolağının istifadəyə verilməsini qeyd etdi.

© © "Hava hərəkətinin təşkili üzrə Dövlət Korporasiyası" Federal Dövlət Unitar Müəssisəsinin mətbuat xidməti"Avrasiya" Koordinasiya Şurası və Koordinasiya Qrupunun ekspertlərinin 37-ci iclasının iştirakçıları
Qazaxıstanda “Avrasiya” Koordinasiya Şurasının 37-ci toplantısı keçirilib - Sputnik Azərbaycan
"Avrasiya" Koordinasiya Şurası və Koordinasiya Qrupunun ekspertlərinin 37-ci iclasının iştirakçıları

İqor Moiseyenko çıxışında RF-də Vahid Hava Nəqliyyatının Təşkili Sisteminin modernləşdirilməsi məsələsinə geniş yer ayırdı, həmçinin işçi heyətin hazırlığı və peşəyönümlü tədbirlərin görülməsi məsələlərində prioritetləri açıqladı, pilotsuz hava gəmiləri və sistemlərinin vahid hava məkanına inteqrasiyası məsələsində təcrübə mübadiləsinin vacibliyinə diqqət çəkdi.

  Nümayəndələr və dəvət edilmiş qonaqlar başda Azat Bekturov olmaqla toplantıya ev sahibliyi edən “Kazaeronaviqasiya” RDM-ə tədbirin gözəl təşkili üçün minnətdarlıqlarını bildirdilər. Toplantının yekununda rəsmi olaraq “Avrasiya” KŞ və EKQ-nin 38-ci iclasının gələn ilin yazında keçiriləcəyi bildirildi.

Məqalə kommersiya əsasları ilə dərc edilib.

Xəbər lenti
0