Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Kök uşaqların sayı durmadan artır

CC0 / Nelly Aran / babyМаленький ребенок, фото из архива
Маленький ребенок, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün dünyada ən çox kök uşaq sayı ilə lider Çindir, burada 39 milyon "toppuş" yaşayır və qarşısı alınmayacağı təqdirdə bu rəqəmin 2030-cu ildə 62 milyona çatacağı gözlənilir

BAKI, 4 oktyabr — Sputnik. Dünya Obezite Federasiyasının hesabatına görə, qarşısının alınması üçün tədbirlər görülməsə, 2030-cu ildə köklükdən əziyyət çəkən uşaqların sayı 250 milyona çatacaq.

Kök adam, arxiv şəkli - Sputnik Azərbaycan
Britaniyalı teleaparıcıdan iyrənc çağırış

Sputnik Azərbaycan xarici KİV-ə istinadən bildirir ki, hazırda dünyada kök uşaqların sayı 150 milyondur. Araşdırmalara görə, ən kök uşaqlar Sakit okeanı adalarında qeydə alınıb. 2017-ci ilin məlumatına görə isə, Kuk adalarında 5-9 yaşlı uşaqların 40 faizi köklükdən əziyyət çəkir.

Federasiyanın məlumatına görə, bu gün dünyada ən çox kök uşaq sayı ilə lider Çindir, burada 39 milyon "toppuş" yaşayır. Və qarşısı alınmayacağı təqdirdə bu rəqəmin 2030-cu ildə 62 milyona, 14 milyon kök uşaq yaşayan ABŞ-da 2030-cu ildə 17 milyona, 11 milyon kök uşağı olan Hindistanda isə 27 milyona çıxacağı proqnozlaşdırılır.

 

Xəbər lenti
0