CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda Azərbaycan Beynəlxalq Təhsil - "EduExpo" sərgisi keçiriləcək

© © Caspian Event OrganisersBakı Ekspo Merkezinde “EduExpo” sergisi, arxiv şəkli
Bakı Ekspo Merkezinde “EduExpo” sergisi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bu sərgi həm yerli, həm də xarici ali təhsil müəssisələrinə əsas hədəf auditoriyası – şagirdlər və onların valideynləri ilə görüşlərin keçirilməsi, eləcə də işgüzar əlaqələrin qurulması və möhkəmləndirilməsi üçün imkan yaradan unikal platformadır

BAKI, 4 oktyabr — Sputnik. 10-12 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil - "EduExpo" sərgisi keçiriləcək.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Nəsimi Əlyazmaları dünya kitabxanalarında” adlı sərginin açılışında iştirak edib - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Milli Kitabxanada Nəsimi ilə bağlı sərgi açılıb - FOTO

Sputnik Azəbaycan xəbər verir ki, sərgi Təhsil Nazirliyi tərəfindən dəstəklənir. Sərgiyə həmçinin Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi dəstək göstərir.

"EduExpo" sərgisi Azərbaycanda təhsil xidmətlərinin təşviqi üçün ən səmərəli vasitələrdən biridir. Bu sərgi həm yerli, həm də xarici ali təhsil müəssisələrinə əsas hədəf auditoriyası – şagirdlər və onların valideynləri ilə görüşlərin keçirilməsi, eləcə də işgüzar əlaqələrin qurulması və möhkəmləndirilməsi üçün imkan yaradan unikal platformadır.

"EduExpo" sərgisi ölkədə və regionda təhsil sahəsinə həsr olunan və aparıcı yerli və xarici ali təhsil müəssisələrini, təhsil mərkəzlərini, dil kurslarını, eləcə də xaricdə təhsil üzrə konsaltinq şirkətlərini bir araya gətirən irimiqyaslı beynəlxalq sərgidir. Xarici iştirakçıların sırasında Almaniya, Belarus, Çex, İran, İsveç, Qazaxıstan, Latviya, Litva, Macarıstan, Niderland Krallığı, Özbəkistan, Polşa, Rumıniya, Rusiya, Türkiyə və Yunanıstanın nümayəndələri yer alırlar.

Azərbaycanın aparıcı ali təhsil müəssisələri sərgidə iştirak edəcəklər.

Sərgidə Avropa Birliyinin stendində müxtəlif Avropa ölkələrinin təhsil müəssisələri, dil kursları, tələbə mübadiləsi proqramları təqdim olunacaq.

İlham Əliyev XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransının açılışında iştirak edib - Sputnik Azərbaycan
SİYASƏT
Prezident beynəlxalq sərgi və konfransın açılışında

Sərginin keçirildiyi üç gün ərzində 12 000 nəfərdən ibarət hədəf auditoriya ilə görüşlər keçirmək və öz fəaliyyət istiqamətinizi əyani şəkildə təqdim etmək imkanı olacaq.

Bu, təhsil sahəsində ən son nailiyyətlər, innovasiyalar, perspektivli startaplar və təhsil prosesində İT texnologiyalarının tətbiq mexanizmlərini nümayiş etdirmək üçün interaktiv platformadır.

"B2B" formatlı görüşlər, universitet təqdimatları, müsabiqələr, ustad dərsləri, "Fibonaççi" oyunları və bir sıra digər tədbirləri ehtiva edən dolğun işgüzar və əyləncə proqramları olacaq.

Xəbər lenti
0