BAKI, 4 oktyabr — Sputnik. Ukraynanın Lvov şəhərində zədələnmiş "A-12" tipli təyyarə qəza enişi edib. Bu barədə Sputnik Azərbaycan "112 Ukrayna"-ya istinadən xəbər verir.
Hadisə zamanı təyyarənin göyərtəsində 7 nəfər olub. İlkin məlumatlara görə, hadisə nəticəsində ölən və yaralıların olduğu bildirilir.
Ukraynanın İnfrastruktur naziri Vladislav Krikliya bildirib ki, hadisə nəticəsində 5 nəfər ölüb.
"An-12" tipli yük təyyarəsi Viqodan (İspaniya) İstanbula (Türkiyə) uçurmuş. Təyyarə Lvov hava limanında yanacaq doldurmaq üçün hava limanına enməli imiş. Lakin ekipaj üzvləri ilə əlaqə yerli vaxtla saat 06:45-də itib.
Qəza enişi edən təyyarə Lvov stadionunun yaxınlığında tapılıb.