BAKI, 4 oktyabr — Sputnik. Rusiya Azərbaycana Atom Elektrik Stansiyası (AES) tikməyi təklif edib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu "Rosatom" dövlət korporasiyasının icraçı direktoru Aleksey Lixaçyov Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin görüşlərinin yekunlarına əsasən bildirib.
"AES Azərbaycandan olan tərəfdaşımızın istədiyi növdə olacaq. Biz güclü stansiyanı təklif etmişik. Azərbaycanın spesifikası ondan ibarətdir ki, bu ölkədə istehlak artır. 2018-ci ildə Azərbaycanda istehlakçıların sərfiyyatı 14% artıb ki, bu da böyük rəqəmdir" - deyə Lixaçyov bildirib.