Gürcüstanla sərhəddə 2 sərhəd pozucusu saxlanılıb

© Sputnik / Sergey Pyatakov / Mediabanka keçidПоселок Церковь, Цхинвальский район, фото из архива
Поселок Церковь, Цхинвальский район, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Saxlanılan şəxslərin sentyabrın 25-də Türkiyədən İstanbul-Bakı reysi ilə Azərbaycan Respublikasına gəlmələri müəyyən olunub

BAKI, 4 oktyabr — Sputnik. Azərbaycan-Gürcüstan sərhədində 2 Əlcəzair vətəndaşının dövlət sərhədini pozmasının qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, oktyabrın 4-də Sərhəd Qoşunlarının "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində Qax rayonunun Lələli kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən Əlcəzair vətəndaşları 1995-ci il təvəllüdlü Bouremad İshak və 1991-ci il təvəllüdlü Boulekroune Farouq sərhəd pozucusu qismində saxlanılıb.

© State Border Service of Azerbaijan RepublicƏlcəzair vətəndaşları 1995-ci il təvəllüdlü Bouremad İshak və 1991-ci il təvəllüdlü Boulekroune Farouq
Gürcüstanla sərhəddə 2 sərhəd pozucusu saxlanılıb - Sputnik Azərbaycan
Əlcəzair vətəndaşları 1995-ci il təvəllüdlü Bouremad İshak və 1991-ci il təvəllüdlü Boulekroune Farouq

Saxlanılan şəxslərin sentyabrın 25-də Türkiyədən İstanbul-Bakı reysi ilə Azərbaycan Respublikasına gəlmələri müəyyən olunub. Araşdırma zamanı Əlcəzair vətəndaşları dövlət sərhədini pozaraq Gürcüstana, oradan isə Türkiyəyə və Avropa ölkələrinə keçmək niyyətində olduqlarını bildiriblər.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0