“Azərbaycanda 1999-cu ildən bələdiyyə seçkiləri keçirilsə də, hələ gözlənilən ümidləri doğrultmayıb”. Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri “Bələdiyyə seçkiləri: yerli və beynəlxalq təcrübə” adlı tədbirdə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib.
O bildirib ki, yerli icra hakimiyyətləri bələdiyyələrə səlahiyyətlərini icra etməkdə mane olur: “Bəzi səlahiyyətlər təkrar olunur. Ona görə də icra hamkiyyətləri bələdiyyələrə səlahiyyətlərini icra etməyə imkan vermirlər. Səlahiyyətlər dəqiq bölünərsə və icra hakimiyyətlərinin bələdiyyələrin səlahiyyətlərinə qarışmaq hüququ olmazsa, o zaman bələdiyyələrin nüfuzu arta bilər. Bələdiyyələr elə olmalıdır ki, icra rəhbərlərinin dəyişməsinin onların fəaliyyətinə hər hansı təsiri olmamalıdır”.
Məhərrəm Zülfüqarlının geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz