Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Yeni subsidiya qaydaları ilə bağlı təlimçi qrupları formalaşdırılır

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidУборка урожая зерновых, фото из архива
Уборка урожая зерновых, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni təlimçi qrupları ADAU, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu (HETİ), həmçinin Gəncə və Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzlərinin (RAEİM) əməkdaşlarından ibarət olub

BAKI, 3 oktyabr — Sputnik. "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nın tətbiqi və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatla bağlı təlimçi qruplarının formalaşdırılması prosesi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini Mahir Məlikov və Təhsil və təlim şöbəsinin Təlimin təşkili və monitorinqi sektorunun müdiri Fidan Fətəliyeva Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.

İqtisadçı-ekspert Fuad İbrahimov - Sputnik Azərbaycan
Fermerlərə ayrılan subsidiyalar effektivdirmi - ekspert danışır

Bu barədə Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat veriblər.

Nazirlik əməkdaşları ADAU-nun rektoru İbrahim Cəfərovla birlikdə yeni təlimçi qruplar ilə görüş keçirib. Görüşdə kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydalarının kənd təsərrüfatı istehsalçılarına izahı, bütövlükdə təlimlərin təşkilinin metodikası barədə ətraflı məlumat verilib, təlimçilərin nümunəvi təqdimatları dinlənilib, suallar cavablandırılıb, habelə rayonlar üzrə təlimlərin qrafiki müzakirə olunaraq təsdiq edilib.

Qeyd edək ki, yeni təlimçi qrupları ADAU, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu (HETİ), həmçinin Gəncə və Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzlərinin (RAEİM) əməkdaşlarından ibarət olub.

Xəbər lenti
0