CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dezinfeksiya tədbirləri başladı: Baytarlar səfərbər edilib

© Sputnik / Igor Zarembo / Mediabanka keçidDezinfeksiya tədbirləri, arxiv şəkli
Dezinfeksiya tədbirləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Heyvan sahibləri qışlaq ərazilərində və heyvanların qışı keçirəcəkləri tövlələrdə mexaniki təmizlik, dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri aparılmasına xüsusi diqqət göstərməlidirlər

BAKI, 3 oktyabr — Sputnik. Yazda yaylaqlara üz tutan heyvan sürüləri havaların getdikcə sərinləşməsi ilə əlaqədar qışlaqlara qayıdır. Respublika ərazisində yaylaqdan qışlağa - Arana köç təxminən bir ay davam edir. Sürülər yol gələnə kimi heyvanların qışı keçirəcəyi tövlələr, yataqlar sahibkarlar tərəfindən mexaniki təmizlənir, baytar həkimlərinin tövsiyə və iştirakı ilə həmin yerlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri aparılır.

Qurbanlıq qoyunlar, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Lənkəranda heyvanların dırnağı çürüyür – Nazirlik dezinfeksiya tədbirlərinə başladı

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən Sputnik Azərbaycan-a məlumat verilib ki, bu tədbirlər yaylaqdan dönən heyvanların sağlamlığının, müxtəlif iti yoluxucu və invazion xəstəliklərdən qorunması məqsədi ilə aparılır və sürünün sağlamlığına xidmət edir. Odur ki, heyvan sahibləri qışlaq ərazilərində və heyvanların qışı keçirəcəkləri tövlələrdə mexaniki təmizlik, dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri aparılmasına xüsusi diqqət göstərməlidirlər.

Profilaktik dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri zamanı xüsusi məhlullar "DUK" maşınları və avtomatik çiləyicilər vasitəsilə güclü axın şəklində əraziyə səpilir. Heyvanlara ziyan verən və xəstəlik törədicilərinin yayılmasında mühüm rol oynayan həşəratlara qarşı kompleks mübarizə tədbiri olan dezinseksiya tədbiri aparılır və obyekt təsərrüfat sahibinin istifadəsinə verilir.

Qeyd edək ki, müraciət əsasında kənd təsərrüfatı heyvanları saxlanılan, bəslənilən və satışı aparılan obyektlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri aparılır. Profilaktik tədbirlər isə Tarif (qiymət) Şurasının 2007-ci il 26 iyul tarixli 17 saylı qərarı ilə müəyyən edilmiş tariflərə uyğun yerinə yetirilir.

Dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub. Aqrar Xidmətlər Agentliyi bildirir ki, hal-hazırda ölkə ərazisində epizootik durum sabitdir və lazımi təşkilatı-təsərrüfat tədbirləri davam etdirilir.

Xəbər lenti
0