CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Böyük Britaniyada Azərbaycan üçün xüsusi pullar buraxıldı

© Sputnik / Murad OrujovЦентральный банк Азербайджанской Республики
Центральный банк Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Mərkəzi Bankı tərəfindən nominal dəyəri 5 AZN təşkil edən gümüş yubiley pul nişanları tədavülə buraxılıb

BAKI, 3 oktyabr — Sputnik. 2019-cu ildə Azərbaycanda Mərkəzi Bankçılığın yaranmasının 100-cü ildönümü və əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan Dövlət Neft Fondunun yaranmasının 20-ci ildönümünün qeyd olunması münasibətilə hər iki yubiley tarixlərinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı tərəfindən nominal dəyəri 5 AZN təşkil edən gümüş yubiley pul nişanları tədavülə buraxılıb.

100 manatlıq əskinazlar - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Vətəndaşların banklardakı əmanətləri azalır - Ekspert səbəbi açıqladı

Bu barədə Mərkəzi Bankdan Sputnik Azərbaycan-a məlumat verilib.

Yubiley pul nişanlarının çəkisi 1 troy unsiyası – 31.1 qr. (+ 0.1 qr.), diametri isə 38.61 mm. təşkil edir. Pul nişanları Böyük Britaniyanın "The Royal Mint" şirkətində beynəlxalq standartlara uyğun "Pruf" texnologiyası əsasında istehsal edilib.

Mərkəzi Bankçılığın 100 illik yubileyinə həsr olunmuş yubiley pul nişanının ön tərəfində iqtisadi inkişafı təcəssüm etdirən parabola xətlərinin fonunda Azərbaycan Mərkəzi Bankının inzibati binasının təsviri, ümummilli lider Heydər Əliyevin kəlamı və imzası, arxa tərəfində isə Azərbaycan Respublikasının Dövlət Gerbi, Azərbaycan manatının simvolu və eləcə də milli naxış və ornamentlər təsvir olunub.

Azərbaycan Dövlət Neft Fondunun 20 illik yubileyinə həsr olunmuş yubiley pul nişanının ön tərəfində Fondun inzibati binasının təsviri, loqosu, Azərbaycan və ingilis dillərində "Azərbaycan Respublikası Dövlət Neft Fondu" və "20 il" sözləri, arxa tərəfində isə Azərbaycan Respublikasının Dövlət Gerbi, aypara və eləcə də milli naxış və ornamentlər təsvir olunub.

Yubiley pul nişanları nominal dəyərləri ilə ölkə ərazisində rəsmi ödəniş vasitəsidir.

Xəbər lenti
0