BAKI, 3 oktyabr — Sputnik. İran kəşfiyyatı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) "Qüds Ordusu" korpusunun başçısı, general-mayor Qasim Süleymaniyə qarşı sui-qəsdin qarşısını alıb.
Sputnik Azərbaycan "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İİKK-nin kəşfiyyat idarəsinin rəisi Hüseyn Tayyib bildirib.
Onun sözlərinə görə, terrorçulardan ibarət qrup tunel qazmağı və 350-500 kiloqramlıq partlayıcı qurğu ilə partlayış törətməyi planlaşdırıb. Partlayış sentyabrın əvvəli Süleymaninin dini mərasimlərə qatıldığı vaxt törədilməli imiş.
Tayyib qeyd edib ki, bir neçə il müddətinə hazırlanan sui-qəsdin arxasında ərəb və İsrail xüsusi xidmət orqanları olub.
Kəşfiyyat xidmətinin rəhbərinin sözlərinə görə, bu terror aktı İranda "dini müharibə" yaratmalı idi. Tayyib qeyd edib ki, terror qrupunun üzvləri saxlanılıblar.