BAKI, 3 oktyabr — Sputnik. Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, təxminən 40-45 yaşlarında, şəxsiyyəti hələlik məlum olmayan kişi sərxoş vəziyyətdə qəfildən yolun yüksək sürətli hərəkət zolağına çıxıb.
Bu zaman yoldan keçən təcili tibbi yardım avtomobili piyadanı vurmamaq üçün avtomobili yayındırmağa çalışsa da, kişi nəqliyyat vasitəsinin altında qalaraq xəsarət alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.