CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tanınmış jurnalistə vəzifə verildi

© pixabay / Free-PhotosSənəddə imza, arxiv şəkli
Sənəddə imza, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Universitetin Mətbuat xidməti ləğv olunub və onun bazasında İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb.

BAKI, 3 oktyabr — Sputnik. Bakı Mühəndislik Universitetində (BMU) təbliğat işinin gücləndirilməsi məqsədilə struktur dəyişikliyi aparılıb.

Bu barədə Sputnik Azərbaycan-a BMU-dan məlumat verilib. Bildirilib ki, Universitetin Mətbuat xidməti ləğv olunaraq, onun bazasında İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb.

Əməkdar jurnalist Elman Babayev şöbənin müdiri vəzifəsinə təyin olunub.

E.Babayev uzun illər bir sıra dövlət qurumlarında ictimaiyyətlə əlaqələr sahəsinə rəhbərlik edib, "Kaspi", "Azərbaycan müəllimi" qəzetlərində, "Trend" İnformasiya Agentliyində çalışıb.

Həmçinin Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015 -ci il tarixli Sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.

E.Babayev Sputnik Azərbaycan-a açıqlamasında məlumatı təsdiqləyib.  E.Babayev ona göstərilən etimadı doğrultmaq üçün yeni vəzifəsində də səylə çalışacağını bildirib.

Qeyd edək ki, E.Babayev əvvəlki vəzifələrində də media ilə səmərəli əməkdaşlığı ilə müsbət mənada fərqlənib.

Xəbər lenti
0