Şirin qarşısında təhlükəli rəqs polisin diqqətini cəlb etdi – VİDEO

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidŞir, arxiv şəkli
Şir, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hasarın üzərindən atlayaraq volyerə daxil olmuş qadın şirin qabağında əllərini yellədərək rəqs etməyə başlayıb. Hadisənin videogörüntüləri "Instagram" sosial şəbəkəsində yayılıb

BAKI, 3 oktyabr — Sputnik. Nyu-York polisi Bronks zooparkında şirin volyerinə girərək onu qıcıqlandırmağa çalışan qadını axtarır.

Sputnik Azərbaycan xəbər verir ki, hasarın üzərindən atlayaraq volyerə daxil olmuş qadın şirin qabağında əllərini yellədərək rəqs etməyə başlayıb. Hadisənin videogörüntüləri "Instagram" sosial şəbəkəsində yayılıb.

A post shared by Real Sobrino (@realsobrino) on

Qadın bundan sonra zooparkdan çıxarılıb. Lakin "Independent" nəşri xəbər verir ki, insident polisin diqqətini cəlb edib və qadının axtarışlarına başlanılıb.

Zoopark administrasiyası isə bu cür hərəkətlərin ciddi təhlükə daşıdığını bildirib.

Xəbər lenti
0