Fransada polislərə hücum, ölənlər var

© AP Photo / Bob EdmeFransa polisi
Fransa polisi - Sputnik Azərbaycan
Abunə olmaq
Parisdə polis əməkdaşlarına hücum olub. Fransanın Baş naziri Eduard Filip və Daxili İşlər naziri Kristof Kastaner hadisə yerinə gəliblər

BAKI, 3 oktyabr — Sputnik. Fransanın paytaxtı Parisdə polis əməkdaşlarına hücum olub. Bu barədə Sputnik Azərbaycan BBC-yə istinadən xəbər verir.

Məlumata əsasən, bıçaqla silahlanmış şəxs Parisin mərkəzində polislərə hücum edib. Nəticədə 4 polis əməkdaşı qətlə yetirilib. Hadisənin digər təfərrüatları açıqlanmır.

Fransa Baş naziri Eduard Filip və Daxili İşlər naziri Kristof Kastaner hadisə yerinə gəliblər.

Xəbər lenti
0