Qonşuda döyüş hazırlığı, ehtiyatda olanlar da orduya cəlb olunacaqlar

© © Ministry of Defence of The Republic of ArmeniaErməni əsgərləri, arxiv şəkli
Erməni əsgərləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Əvvəlki Konstitusiyaya əsasən, təlimlər müdafiə nazirinin gizli qərarları əsasında keçirilirdi. İndi isə təlimlər hökumətin qərarı ilə təsdiqlənir

BAKI, 3 oktyabr — Sputnik. Ermənistanda oktyabr-noyabr aylarında növbəti hərbi təlimlər keçəcək. Sputnik Ermənistan xəbər verir ki, bu barədə müvafiq qərarı Ermənistan hökuməti verib.

Ermənistan Müdafiə naziri David Tonoyan hökumətin iclasında bildirib ki, təlimlər 20 oktyabr – 30 noyabr tarixlərində keçiriləcək. Təlimlərə ehtiyatda olan hərbçilər də cəlb olunacaqlar.

Nazir vurğulayıb ki, hazırda təlimlərin intensivliyi adi standartları keçməyib: "Sadəcə əvvəlki Konstitusiyaya əsasən təlimlər müdafiə nazirinin gizli qərarları əsasında keçirilirdi. İndi isə təlimlər hökumətin qərarı ilə təsdiqlənir, ona görə də təlimlər barədə çox məlumat yayılır".

Ermənistan Baş naziri Nikol Paşinyan da nazirin sözlərini təsdiqləyərək qeyd edib ki, narahat olmağa dəyməz: "Təlimlər ona görə keçirilir ki, narahatlıq üçün bir əsas olmasın".

Xəbər lenti
0