CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Sumqayıt-Bakı qatarının hərəkətində ləngimə hansı səbəbdən baş verib

© Sputnik / Anar MustafayevПоезда Stadler на Бакинском железнодорожном вокзале, фото из архива
Поезда Stadler на Бакинском железнодорожном вокзале, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Operativ tədbirlər nəticəsində 25 dəqiqə ərzində nasazlıq aradan qaldırılıb. Hazırda Bakı-Sumqayıt-Bakı marşrutu ilə elektrik qatarları cədvəl üzrə hərəkət edir

BAKI, 3 oktyabr — Sputnik. Bu gün Keşlə stansiyasında yan qidalandırıcı xətdə texniki nasazlıq yarandığından Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkətində qısa ləngimə olub. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova məlumat verib.

Qeyd edilib ki, nəticədə 6008 və 6010 saylı qatarlar qrafikdən çıxıb. Operativ tədbirlər nəticəsində 25 dəqiqə ərzində nasazlıq aradan qaldırılıb.

Hazırda Bakı-Sumqayıt-Bakı marşrutu ilə elektrik qatarları cədvəl üzrə hərəkət edir.

Xəbər lenti
0