BAKI, 3 oktyabr — Sputnik. Ruslana Gee adı ilə məşhur olan azərbaycanlı model və bloger Ruslana Cavadova etiraf edib ki, öz blogunda yazdığı bir statusa görə 30 min dollar pul qazanır.
Sputnik Azərbaycan-ın məlumatına görə, Cavadova öz gəlirləri barədə bloqunun qonağı olan rusiyalı həmkarı, Amerikada yaşayan Marina Mogilko ilə söhbət zamanı danışıb. Ruslana sosial şəbəkələrdəki səhifəsindən və bloqundan qazandığı dəqiq məbləği açıqlayıb.
"Brendlər özləri mənə müraciət edir, pul verirlər ki, mən onların geyimlərində olarkən çəkdirdiyim şəkilləri nümayiş etdirim. Bir belə postun qiyməti dörd və ya beş min dollardır. Əsasən mənimlə uzunmüddətli müqavilə bağlayırlar ki, bu isə artıq çoxlu pul deməkdir. Bəzən elə olur ki, mən öz bloqumda bir paylaşıma görə, 30 min dollar qazanıram. Bu, kifayət qədər yaxşı məbləğdir və mən şikayətçi deyiləm", - deyə Cavadova etiraf edib.
Gəlirlərindən ilhamlanan Gee öz bloqunu nəinki ABŞ-da, eləcə də Rusiyada təbliğ edir. O deyib ki, daha çox məşhurlaşmaq, çoxlu pul qazanmaq və nəhayət, ailə qurmaq istəyir.
Cavadova öz bloqunu yaratmaq istəyən gənc qızlara özlərinə inanmağı, ən əsası isə təslim olmamağı tövsiyə edib.