İlqar Vəlizadə: “Hazırkı vəziyyətdə baş verən proseslərə uyğundur”
Almaniya tez bir zamanda Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlıq sazişinin imzalanmasını istəyir. Bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq mətbuat konfransında deyib.
Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan və Avropa İttifaqı arasındakı münasibətlərin mahiyyətində əsaslı dəyişikliklər baş verib: “Bu da yeni sənədin hazırlanması və imzalanmasını zəruri edir. Son illər yeni sənədlə bağlı danışıqlar prosesi intensivləşib. Yeni sənəddə müxtəlif istiqamətlərdə əməkdaşlığın prinsipləri əks olunacaq. Bu da hazırkı vəziyyətdə baş verən proseslərə uyğundur. Gələn il sənədin imzalanması tam mümkündür”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz