BAKI, 2 oktyabr — Sputnik. Bu ilin sonunadək kağız, karton, plastik, şüşə və metal tullantılarının toplanması üçün nəzərdə tutulan narıncı konteynerlər xüsusi çiplərlə təchiz olunacaq.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov deyib.
Onun sözlərinə görə, bu, konteynerlərin dolduğu barədə operativ məlumat əldə etməyə imkan yaradacaq: "Məişət tullantıları üçün nəzərdə tutulan narıncı konteynerlər xüsusi avtomobillərlə yığılır. Layihə Böyük Britaniyanın "Mott MacDonald" şirkəti ilə icra olunur".