CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşləyənlərin diqqətinə: Azərbaycanda yeni fond yaradıldı

CC0 / rawpixel / BusinessmenБизнесмены, фото из архива
Бизнесмены, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Fondun məqsədi ölkədə əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinə uyğun olaraq həyata keçirilən əməyin mühafizəsi tədbirlərinə maddi-texniki dəstək verməkdir

BAKI, 2 oktyabr — Sputnik. Nazirlər Kabineti Dövlət Əməyin Mühafizəsi Fondunun əsasnaməsini təsdiqləyib. Sputnik Azərbaycan-ın məlumatına görə, əsasnamə Dövlət Əməyin Mühafizəsi Fondunun idarə olunması və onun vəsaitlərindən istifadə edilməsi qaydalarını tənzimləyir.

Kompyuter arxasında kişi, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Nazirlər Kabinetindən işsizləri sevindirəcək qərar

Fondun məqsədi ölkədə əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinə uyğun olaraq həyata keçirilən əməyin mühafizəsi tədbirlərinə maddi-texniki dəstək verməkdir. Fondun idarə edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Fondun vəsaiti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanı həyata keçirən sığortaçıların könüllü ödəmələrindən, müəssisələrin və vətəndaşların könüllü ödəmələrindən və başqa ödəmələrdən toplanan mənbələr hesabına formalaşdırılır.

Fondun vəsaiti Nazirliyin büdcədənkənar xüsusi xəzinə hesabında yığılır və Nazirlik bu vəsaitlər üzərində sərəncam verir.

Xəbər lenti
0