Anar Ağakişiyev Türkiyəni mat qoydu

© Instagram / anar_agakishievАзербайджанский стилист Анар Агакишиев
Азербайджанский стилист Анар Агакишиев - Sputnik Azərbaycan
Abunə olmaq
Anarın əl işini bəyənən Selin sosial şəbəkədə həmin görüntüləri əks etdirən videonu paylaşıb. Ciğerci noyabrda Azərbaycana gələcəyini, Ağakişiyevlə işbirliyi olacağını söyləyib

 

BAKI, 1 oktyabr — Sputnik. Hazırda Türkiyədə olan stilist Anar Ağakişiyev fenomen Selin Ciğerci ilə bir araya gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, stilist Anar son günlər cinsiyyətini dəyişərək gündəmə gələn türkiyəli Selini makiyaj edib.

Anarın əl işini bəyənən Selin sosial şəbəkədə həmin görüntüləri əks etdirən videonu paylaşıb. Ciğerci noyabrda Azərbaycana gələcəyini, Ağakişiyevlə işbirliyi olacağını söyləyib.

Paylaşımı qısa vaxtda 285 mindən çox izləyici bəyənib və 5000-ə qədər şərh gəlib. Şərh yazanlar arasında türkiyəli müğənni İrem Derici də yer alıb. O, makiyaja "Voov" yazaraq, heyrətini gizlətməyib.

A post shared by Selin Cigerci (@selincigerci) on

Müğənni Demet Akalın isə "Hər zaman belə qal, əladır" sözlərini, müğənni Aslı Hünel isə "ürəyim getdi, saç və makiyaj hadisədir" fikrini qeyd edib.

Qeyd edək ki, əvvəllər adı Okan olan internet fenomeni cinsiyyətini dəyişərək qadın olub və adını Selin Ciğerci kimi dəyişib.

Xəbər lenti
0