CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Şanxay"dakı evlərin aqibəti açıqlandı-İş məhkəmədədir

© Sputnik / Irade JELILKeşlə qəsəbəsində yerləşən "Şanxay" adlanan ərazidəki hazırkı vəziyyət
Keşlə qəsəbəsində yerləşən Şanxay adlanan ərazidəki hazırkı vəziyyət - Sputnik Azərbaycan
Abunə olmaq
Ərazidə məskunlaşan 21 nəfər evini tərk etməkdən imtina edib. Məsələyə hüquqi qiymət verilməsi üçün məhkəməyə müraciət olunub

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 1 oktyabr — Sputnik. Bu günlərdə Nazirlər Kabineti ""Şimal-Cənub" Nəqliyyat Dəhlizinin Azərbaycandan keçəcək hissəsində dəmir yolu xəttinin tikintisi altına düşən torpağı dövlət ehtiyacları üçün alan orqanın müəyyən edilməsi barədə" qərar verdi. 

İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib - Sputnik Azərbaycan
Bakı-Sabunçu dəmir yolu xəttində gediş haqqı açıqlandı
Qərara əsasən, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən Ələt-Qasımlı hissəsində dəmir yolu xəttinin tikintisi altına düşən torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilib. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə göstərilmiş torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunun tələblərinə uyğun olaraq həyata keçirmək və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etmək tapşırılıb.

Qeyd edək ki, paytaxtda dəmiryollarının mühafizə zolağına düşən xeyli sayda tikili var. Hətta camaat arasında "Şanxay" kimi məşhurlaşan ərazidə xeyli sayda evin qapısı dəmiryoluna açılır. Bu ünvanda yaşayanlar dəmiryolu xəttindən yol kimi istifadə edirlər. Uşaqlar dəmiryol relslərinin üzərində oynayır. Bəs görəsən həmin ünvanda, eləcə də dəmiryolu xətlərinin mühafizə zolağında inşa edilmiş tikililərin dövlət ehtiyacları üçün alınması, əhalinin köçürülməsinə nə vaxt başlanacaq?

Sputnik Azərbaycan bu sualla "Azərbaycan Dəmir Yolları" QSC-ə müraciət edib. Qurumun Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova bildirib ki, hamının "Şanxay" kimi tanıdığı ərazidə, daha dəqiq desək P.Fərzəliyev küçəsində (Dəmir Yolunun 2-ci blok-post – Böyük Şor mənzilində və 2-ci blok- post Əhmədlidə) evi mühafizə zolağına düşən 455 nəfərin mənzil şəraiti yaxşılaşdırılıb: 

Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası  - Sputnik Azərbaycan
Dəmir yolu xətti ətrafında yerləşən torpaqlarla bağlı yeni qərar verildi
"21 nəfər isə evini tərk etməkdən imtina edib. 21 nəfərdən 13-nün kompensasiyası ödənilsə də, hələ evlərini tərk etməyiblər, məsələyə hüquqi qiymət verilməsi üçün məhkəməyə müraciət olunub. 8 nəfər isə vəsaiti almaqdan imtina edib".

N.Bayramova bildirib ki, dünya təcrübəsində olduğu kimi, Azərbaycan Dəmir Yollarında da sürətli qatarların təhlükəsiz hərəkəti və insanların təhlükəsizliyinin təmin olunması üçün mühafizə zolağı boyunca, xüsusilə təhlükəli ərazilərdə çəpərləmə və hasarlama işləri aparılır: "Qeyd edək ki, dəmir yolunun təhkim zolağındakı adıçəkilən tikililərin hamısı qeyri-qanuni idi. Nazirlər Kabineti 23 fevral 2005-ci ildə "Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma normaları"nın təsdiq edilməsi haqqında" 33 saylı qərar qəbul edib. Sənədin müvafiq bölməsində qeyd edilib ki, xüsusi mühafizə zonası hüdudlarında yalnız dəmir yolu obyektlərinin möhkəmliyi və dayanıqlığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər. Həmin ərazidə hər hansı digər təsərrüfat fəaliyyəti qadağandır".

Xəbər lenti
0