BAKI, 1 oktyabr — Sputnik. Oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə həyata keçirilən növbəti siyahıyaalınmada iştirak edərək siyahıyaalınma və sorğu vərəqələrinin suallarını cavablandırıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, bu gündən etibarən Azərbaycan ərazisində əhalinin siyahıyaalınması həyata keçirilir. Proses oktyabrın 1-dən 10-na kimi davam edəcək.