CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkədə hərbi xidmətə çağırış başlayıb

© AzərtacHərbi xidmətə çağırış
Hərbi xidmətə çağırış - Sputnik Azərbaycan
Abunə olmaq
Xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları oktyabrın 30-dək ehtiyata buraxılacaqlar

BAKI, 1 oktyabr — Sputnik. Bu gündən Azərbaycanda növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, çağırış Prezident İlham Əliyevin bu il avqustun 28-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” sərəncamına uyğun olaraq həyata keçirilir.

Müdafiə naziri ümumqoşun poliqonunda döyüş atışlı təlim məşqlərini izləyib - Sputnik Azərbaycan
Azərbaycan Ordusu hərəkətə keçdi, 10 min əsgər, 100-dən çox tank...

2001-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1984–2000-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları oktyabrın 30-dək müddətli həqiqi hərbi xidmətə yola salınacaqlar.

Eyni zamanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulan xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları oktyabrın 30-dək ehtiyata buraxılacaqlar.

Xəbər lenti
0