CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gecə yola çıxmaq istəyənlərə şad xəbər

© © BBAK-nin mətbuat xidmətiBakı Beynəlxalq Avtovağzal Kompleksi bayramla əlaqədar iritutumlu neoplanlar cəlb edib
Bakı Beynəlxalq Avtovağzal Kompleksi bayramla əlaqədar iritutumlu neoplanlar cəlb edib - Sputnik Azərbaycan
Abunə olmaq
Gecə reyslərinin çıxış saatları axşam saat 20.00-dan gecə 01.00-dək nəzərdə tutulub, avtobuslar səhərədək yolda olacaq

BAKI, 1 oktyabr — Sputnik. Bu gündən ölkə ərazisində gecə reysləri bərpa olunur.

Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı istiqamətində test rejimində iri tutumlu, müasir, komfortlu, Almaniyanın "MAN" şirkətinə məxsus Neoplan avtobusları ilə uzun fasilədən sonra ilk gecə reysləri xidmətə başlayacaq. İlk reys axşam saat 10.00-da xəttə çıxacaq. Ümumiyyətlə isə gecə reyslərinin çıxış saatları axşam saat 20.00-dan gecə 01.00-dək nəzərdə tutulub, avtobuslar səhərədək yolda olacaq.

Bakı Nəqliyyat Agentliyi - Sputnik Azərbaycan
CƏMİYYƏT
BNA: Qaydanı pozan sürücü işdən çıxarılıb, avtobus isə xətdən kənarlaşdırılıb

Qeyd edək ki, Nazirlər Kabineti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin gecə reyslərinin bərpasına dair təklifinə razılıq verib. Qərara əsasən, NRYTN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən xidmətin həyata keçirilməsi zamanı tam təhlükəsizlik qaydalarına əməl olunması, reyslərin təşkili zamanı bütün risklərin nəzərə alınmasına dair Bakı Beynəlxalq Avtovağzal Kompleksinə tapşırıq verilib və artıq müvafiq müqavilələr bağlanıb. Test rejimi payız və qış ayları boyunca davam edəcək. Növbəti ildən ehtiyac yaranarsa prosesə yeni daşıyıcılar cəlb olunacaq. Gecə reysləri zamanı təhlükəsizlik qaydalarına tam əməl edilməsi məqsədilə hər iki istiqaməti dar hərəkət zolaqlarından ibarət olan, xüsusilə dağ relyefli avtomobil yollarında daşımaların həyata keçirilməsinə yol verilməyəcək. Uzaq məsafələrə nəzərdə tutulan marşrutlar üzrə avtobuslara iki sürücünün təhkim olunmasına dair tapşırığın icrası zəruri olacaq. Xatırladaq ki, 2010-cu il may ayının 6-dan etibarən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzaldan (hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksi) şəhərlərarası istiqamətdə uzaq məsafələrə yola düşən avtobusların qrafikində dəyişiklik edilib. Tapşırığa əsasən, gecə saatlarında avtobusların Bakıya doğru və əks istiqamətdə hərəkətinə qadağa qoyulub, saat 01:00-dan 06:00-dək isə sürücülərin istirahət vaxtı kimi müəyyən edilib. Bakıdan müxtəlif istiqamətlərə gedən avtobusların yoladüşmə vaxtı saat 20:00-dan sonra məhdudlaşdırılıb. O dövr üçün bu qərarın əsaslandırılmasına dair gətirilən arqumentlər sırasında ölkə yollarında baş verən çoxsaylı nəqliyyat qəzaları nəticəsində həlak olan və xəsarət alanların sayının artması, əlaqədar qurumların bədbəxt hadisələri diqqətdə və nəzarətdə saxlama cəhdlərinin mümkünsüzlüyü, magistral şose yollarındakı vəziyyətin ürəkaçan olmaması, bu yolla hərəkət etməyə məcbur köhnə, texniki cəhətdən istismar üçün əlverişli olmayan avtonəqliyyat vasitələri ilə sərnişin daşınmasının təhlükəli olması faktları həqiqətən ehtiyatlanmağa səbəb verirdi.

Xəbər lenti
0