CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qonşuda bişdi, yəqin bizə də düşər – Kabab və siqaret qadağası gələcəkmi?

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidEyvanda yanğın, arxiv şəkli
Eyvanda yanğın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi daxili xidmət polkovniki Elnur Babayev deyir ki, eyvanda siqaret çəkmək və ya manqal qalamaq böyük yanğınlar törədə bilər

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 1 oktyabr — Sputnik. Bir müddət öncə Rusiyada oktyabrın 1-dən etibarən mənzillərin eyvanlarında siqaret çəkilməsinə, eləcə də manqalda kabab bişirilməsinə qadağa qoyulacağı ilə bağlı məlumat yayıldı. Düzdür, sonradan məlumat bir qədər dəqiqləşdirildi və Fövqəladə Hallar Nazirliyi eyvanda siqaret çəkilməsinin tam qadağan edilmədiyini, bunun ancaq yanğın təhlükəsi yaranması hallarına şamil edildiyini açıqladı.

Amma hər necə olsa da, özündə böyük cərimələri və hətta cinayət məsuliyyətini nəzərdə tutan yenilik bu gündən etibarən qüvvəyə minir.

© ©KarikaturaEyvanda kabab bişirmək
Qonşuda bişdi, yəqin bizə də düşər – Kabab və siqaret qadağası gələcəkmi? - Sputnik Azərbaycan
Eyvanda kabab bişirmək

Azərbaycan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi daxili xidmət polkovniki Elnur Babayev Sputnik Azərbaycan-a bildirib ki, eyvanda siqaret çəkmək və ya manqal qalamaq böyük yanğınlar törədə bilər: "Aparılan araşdırmalar göstərir ki, baş verən yanğınların başlıca səbəbi odla ehtiyatsız davranmaqdır. Bəzən ilk baxışdan narahatlıq doğurmayan və çox vaxt ciddi diqqət yetirmədiyimiz adi hallar iri yanğınlar törədir. Xüsusilə şəhər yerlərində eyvanlardan söndürülməmiş siqaret kötüyünü atmaq, yaxud manqal qalamaq böyük yanğınların baş verməsinə şərait yaradır. Təsadüfi deyildir ki, artıq Rusiya Federasiyasında eyvanda təhlükəli şəraitdə siqaret çəkmək, yaxud manqal qalamaq qadağan edilir və bu hal baş verdikdə həmin əməli törədənlər məsuliyyət daşıyacaqlar".

© Sputnik / Irade JELILFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğına qarşı təbliğat şöbəsinin rəisi Elnur Babayev
Qonşuda bişdi, yəqin bizə də düşər – Kabab və siqaret qadağası gələcəkmi? - Sputnik Azərbaycan
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğına qarşı təbliğat şöbəsinin rəisi Elnur Babayev

E.Babayev həmçinin əlavə edib ki, siqaret çəkilərkən etinasız davranışlar çox təhlükəlidir.

"Unutmamalıyıq ki, siqareti alışdırandan sonra yanan kibriti və ya söndürülməmiş siqaretin qalığını yana-yana hara gəldi atmaq, yaxud taxta üstünə, hətta od ilə azacıq təmasda alışa bilən şeylərin yaxınlığına qoymaq böyük yanğınlar törədir", – deyə o qeyd edib.

Babayevin sözlərinə görə, Bakı küləklər şəhəridir və çoxmərtəbəli yaşayış binalarının eyvanlarından söndürülməmiş siqaret kötüyünün atılması, taxta parçası və ya kömürlə manqal qalanması təhlükəlidir: "Çünki söndürülməmiş siqaret kötüyü eyvandan atıldıqda və ya yanan kömürü, taxta parçalarını külək kiminsə mənzilinin açıq qalan pəncərəsindən içəriyə, yaxud yaxınlıqda yerləşən yanacaqdoldurma məntəqəsinin ərazisinə və s. yerə sala bilər. Bu isə güclü yanğınla nəticələnər".

Elektron siqaret (veyp) və mobil telefon, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Elektron siqaret həqiqətən öldürür – Daha 5 fakt qeydə alındı

Xatırladaq ki, közərməkdə olan papirosun temperaturu 300-420 dərəcə hüdudlarına qədər qalxır, közərmə vaxtı isə 4-8 dəqiqə çəkir. Siqaretin başlanğıc anda temperaturu 310-340 dərəcə olur və sonra get-gedə azalaraq 240-260 dərəcəyə enir. Yanacaq materialında közərmə əmələ gətirən papiros kötüyü bir qədər sonra özü sönür. Lakin əmələ gətirdiyi közərmə mənbəyi əlverişli şəraitdə yanğına çevrilə bilir. Hərarətin bir yerdə toplanmasını təmin edən şəraitdə közərən papiros və ya siqaret təmas edən yeri kömürləşdirdikdən sonra taxta hissə öz-özünə qızışır və tədricən alovlanır.

Eyvanda siqaret çəkmək, manqal qalamaq, söndürülməmiş siqaret kötüyünü atmaq olmaz!

Xəbər lenti
0