BAKI, 1 oktyabr — Sputnik. Bakı-Qazax-Gürcüstan yolunda təmir işlərinə başlanılıb.
"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 11-120-ci km-lik hissəsində (hər iki istiqamətdə) təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə aparılan təmir işləri 01-05 oktyabr tarixlərində görüləcək. Bu səbəblə sürücülərdən magistral yolun sözügedən hissəsində hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.