Avrasiyadan olan iş adamları Bakıda biznes əlaqələrini müzakirə etdilər

CC0 / Jo_Johnston / Boardroom Стол заседаний, фото из архива
Стол заседаний, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Biznes forumda Avrasiya ölkələrinin biznes, beynəlxalq hökumətlərarası və qeyri-hökumət, kommersiya və qeyri-kommersiya təşkilatlarının nümayəndələri, ekspertlər və KİV nümayəndələri iştirak ediblər

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 1 oktyabr — Sputnik. Bu gün Bakıda Avrasiya Xalqları Assambleyası Günləri çərçivəsində "Avrasiya məkanında iş əməkdaşlığı perspektivləri" beynəlxalq biznes forumu keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, biznes forum "Avrasiya Xalqları Assambleyası" Beynəlxalq Qeyri-Hökumət Təşkilatları İttifaqı tərəfindən təşkil olunub.

Biznes forumda Avrasiya ölkələrinin biznes, beynəlxalq hökumətlərarası və qeyri-hökumət, kommersiya və qeyri-kommersiya təşkilatlarının nümayəndələri, ekspertlər və KİV nümayəndələri iştirak ediblər.

Biznes forum çərçivəsində "Avrasiya məkanında inteqrasiya. Böyük Avrasiya", "Avrasiya məkanından inteqrasiya prosesində iş birliyinin rolu", "Qloballaşma şəraitində Avrasiya inteqrasiyası", "Avrasiya məkanında iş əməkdaşlığının perspektivləri", "Qarşılıqlı ticarət və beynəlxalq korporasiyada potensial", "Azərbaycan Respublikasında investisiya proqramları" kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti
0