CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Düzəlmişdi hər yarağımız - İndi buna görə də pul ödəyəcəyik

CC0 / cocoparisienne / Plastic bagЖенщина с полиэтиленовым пакетом в руке, фото из архива
Женщина с полиэтиленовым пакетом в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev söyləyib ki, polietilen torbaların pullu olması ilə bağlı təkliflərə aidiyyəti qurumlarla birgə baxılır

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 30 sentyabr — Sputnik. Xeyli müddətdir ki, polietilen torbaların pullu olacağı, plastik qablaşdırmanın tədricən qarşısının alınacağına dair bəyanatlar verilir. Amma hələ də satışda polietilen torbalardan geniş istifadə edilir. Bu günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bununla bağlı KİV-ə açıqlama verib. O, bildirib ki, plastik və polietilen tullantıların ətraf mühitə mənfi təsirlərinin azaldılması, plastik qablaşdırmalarından istifadənin tədricən məhdudlaşdırılması, yüngül çəkili plastik torbaların satışı üçün ödənişli sistemin tətbiq olunması, həmçinin alternativ qablaşdırma materiallarından istifadə üçün şəraitin yaradılması ilə bağlı ETSN-nin təklifləri müvafiq dövlət qurumlarına təqdim edilib, hazırda razılaşdırılma mərhələsindədir. Belə ki, təklif tezliklə qəbul olunsa, plastik materailların idarə olunmasında və məhdudlaşdırılmasında böyük irəliləyişə nail olunacaq: "Ətraf mühitin çirklənməsində daha çox paya malik, çox yüngül çəkili polietilen torbalardan (pinqvin) istifadənin qadağan olunması ilə bağlı layihə isə razılaşdırılma mərhələsindən keçib, növbəti prosedurlara hazırlanır. Biz vətəndaşlarımızı yenə də polietilen torbalardan imtinaya, alış-veriş zamanı parça torbalardan və həsir zənbillərdən istifadəyə çağırırıq".

Polietilen torba - Sputnik Azərbaycan
Daha bir ölkədə polietilen torbalar qadağan edilir

Bəs görəsən polietilen torbaların satışdan yığışdırılması necə mümkün olacaq?

Sputnik Azərbaycan-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev söyləyib ki, polietilen torbaların pullu olması ilə bağlı təkliflərə aidiyyəti qurumlarla birgə baxılır: "Poletilen torbalar onsuz da hazırda ticarət obyektlərində müştərilərə pulsuz verilmir. Sadəcə olaraq onun qiyməti kassa çekində ayrıca qeyd edilmir. Biz bunu təmin etməyi nəzərdə tutmuşuq".

M. Nəbiyevin sözlərinə görə, hələlik polietilen torbaların satışdan tam yığışdırılmasından söhbət getmir: "Ümumiyyətlə, bu məsələdə məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi mərhələli şəkildə olmalıdır. Hər bir məhsulu satışdan yığışdırmazdan öncə, bazara onun alternativi təklif olunmalıdır. Polietilen torbalardan istifadəni azaltmaq üçün onların marketlərdə ödənişli olması yeganə həll üsulu deyil. Həmin materialların alternativləri, yəni kağız, parça, kətan torbaların istehsalının genişləndirilməsi ilə bağlı tədbirlər həyata keçirilməlidir. Nazirlik bu məqsədlə beynəlxalq ekspertlərin iştirakı ilə bir neçə dəfə maraqlı tərəflərin görüşünü təşkil edib. Görüşdə müvafiq dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və istehsalçı şirkətlərin nümayəndələri də iştirak edib. Onlar da bu məsələdə yaxından iştirak etməlidirlər ki, müsbət nəticə əldə olunsun".

Sellofan torbalar, foto şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sellofan torbalar xərçəngə yol açır

M. Nəbiyev deyir ki, təkliflər sırasında yer alan məsələlərdən biri də, plastik qablaşdırma tullantılarının səmərəli idarə olunmasıdır: "Beynəlxalq təcrübədə belədir ki, plastik qablaşdırma tullantılarının idarə olunması bu sahədə fəaliyyət göstərən istehsalçılar tərəfindən həyata keçirilir. Biz də belə bir təklif hazırlamışıq. Plastik qablaşdırma tullantılarının idarə olunması ilə bağlı təkliflər sırasında yer alan bu məsələ birgə işçi qrup tərəfindən müzakirə olunacaq".

Sektor müdiri bildirir ki, prezident İlham Əliyev 2019-cu il fevralın 7-də "Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı"nında plastik qablaşdırma materiallarından istifadə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, təhlillər aparılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, plastik qablaşdırma materiallarından istifadə sahəsində tədbirlərin təsirinin qiymətləndirilməsi, eyni zamanda alternativ qablaşdırma materiallarından istifadənin genişləndirilməsi nəzərdə tutulub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması üzrə "Tədbirlər Planı" üzrə tədbirlər bütün maraqlı tərəflərin iştirakı ilə mərhələli şəkildə icra edilməkdədir. Artıq plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması istiqamətində məqsədyönlü tədbirlərin görülməsinə başlanılıb.

Xəbər lenti
0