Təhlükəli hesab edilən it iki uşaq üçün canını verdi

Abunə olmaq
İt ilanın üstünə cumaraq başını qoparıb, ancaq ilan bir neçə dəfə iti dişləməyə nail olub. Zevsi dərhal klinikaya aparsalar da, veterinarlar onun həyatını xilas edə bilməyiblər

BAKI, 30 sentyabr — Sputnik. ABŞ-ın Florida ştatında pitbul küçüyü həyatı bahasına iki uşağı zəhərli ilandan xilas edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Fox35 yazır.

Pitbul - Sputnik Azərbaycan
Pitbull 3 yaşlı uşağı parçaladı

Evin həyətində uşaqlar Zevs ləqəbli səkkiz aylıq küçüyün su qabını təmizləyərkən o, arxadan uşaqlara doğru zəhərli ilanın süründüyünü görüb.

İt ilanın üstünə cumaraq başını qoparıb, ancaq ilan bir neçə dəfə iti dişləməyə nail olub. Zevsi dərhal klinikaya aparsalar da, veterinarlar onun həyatını xilas edə bilməyiblər.

Oğlanların valideynləri küçüyü "ən sadiq it" adlandıraraq uşaqlarının həyatını ona borclu olduğunu bildiriblər.

Xatırladaq ki, pitbul cinsindən olan itlər bir çox ölkələrdə təhlükəli sayılır və hətta onların evdə saxlanılmasına görə sahibləri cərimə edilirlər.

Xəbər lenti
0