Azərbaycanda islahat təşəbbüsləri həmişə olub, amma son dövrlərdə xüsusi vüsət alıb. Bunu Sosial Tədqiqatlar Mərkəzinin “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfransı və “stm.az” saytının təqdimatında Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov deyib.
Milli Məclisin deputatı Aydın Mirzəzadə Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən islahatçılığı özünün əsas siyasi fəlsəfəsi kimi qəbul edib:
“Hazırkı prezident İlham Əliyev tərəfindən davam etdirilən islahatçılıq Azərbaycana bütün sahələrdə uğur gətirib. Azərbaycan dövlətçiliyinin inkişafında qazandığı təcrübəni, həm də inkişaf etmiş demokratik dövlətlərin təcrübəsini birləşdirərək zamanın mövcud tələblərinə cavab verən yeniliklər yaratmağa çalışır. Azərbaycanda islahatlar bütün sahələri əhatə edir. Bu isə bizim inkişafımızın tələblərindən irəli gələn məsələdir”.
Milli Məclisin deputatı Aydın Mirzəzadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz