CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirliyin icazəsini "səhv" başa düşdülər, cəzaları ağır oldu

CC0 / Skitterphoto / TreeВысокое дерево, фото из архива
Высокое дерево, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün Ağcabədi rayon Prokurorluğuna göndərilib

BAKI, 30 sentyabr — Sputnik. "Əkinçi BO Fermer Təsərrüfatı" MMC tərəfindən Ağcabədi rayonunun Harami düzündə aqroparkın yaradılması məqsədilə suvarma sisteminin quraşdırılması zamanı tikinti altına düşəcək ağacların məhv edildiyi aşkar olunub.

Səbail rayonu, Badamdar qəsəbəsi, İqor Ağayev küçəsi, 3 ünvanında ağacın dibinin betonlayıblar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda “Qırmızı kitaba” düşən ağacın dibini betonladılar

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, faktla bağlı "Əkinçi BO Fermer Təsərrüfatı" MMC barəsində ağacların köçürülməsinə aid verilmiş icazəyə əməl edilmədiyinə görə akt tərtib olunub və təbiətə 37650 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün Ağcabədi rayon Prokurorluğuna göndərilib.

Xəbər lenti
0