Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Millət vəkilindən devalvasiya ilə bağlı təklif - Yenə yardım edilməlidir

© Sputnik / Murad OrujovПачки азербайджанских манатов и калькулятор
Пачки азербайджанских манатов и калькулятор - Sputnik Azərbaycan
Abunə olmaq
Onun sözlərinə görə, ötən dövrdə baş verən devalvasiyadan tək fiziki şəxslər yox, hüquqi şəxslər də əziyyət çəkib

BAKI, 30 sentyabr - Sputnik. “Bank sektorunun sağlamlaşdırılması ən vacib məsələlərdən biridir. Niyə bank sistemində vəziyyət ağır olaraq qalır? Bank rəhbərləri parlamentə dəvət oluna və bu məsələlər araşdırıla bilər”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, digər tərəfdən, ötən dövrdə baş verən devalvasiyadan tək fiziki şəxslər yox, hüquqi şəxslər də əziyyət çəkib: “Hüquqi şəxslərə də yardım edilməlidir. Bu, pul deyil, qiymətli kağızlar şəklində həyata keçirilə bilər”.

Millət vəkili təhsil krediti ilə bağlı qanunun qəbulunu da vacib sayıb.

 

Xəbər lenti
0