BAKI, 30 sentyabr — Sputnik. Bakıda qadın piyadanı maşın vurdu. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib.
Bildirilib ki, sentyabrın 28-də saat 18 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini C.Atabalayev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini Tünzalə Qəhrəmanovanı vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Artıq hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.