CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İstilik probleminiz yarananda bu yazını yada salın: yeni sistemə çox güvənirlər

© Sputnik / Pavel Lisitsyin / Mediabanka keçidQazanxa, arxiv şəkli
Qazanxa, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Qazanxana öz fəaliyyətini dayandıran kimi bizdə mərkəzi dispetçer xidmətində həmin qazanxanaya aid olan göstərici yanıb-sönməyə başlayır"

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 17 sentyabr — Sputnik. "Qazanxanalara məsafədən nəzarət sistemləri quraşdırılıb. Respublikada olan "Azəristiliktəchizat" ASC-nin balansına daxil olan istənilən qazanxananı məsafədən internet üzərindən izləyə bilirik. Artıq qazanxanalardan gedən-qayıdan istiliyin temperaturu, istiliyin təzyiqi, qazanxanadakı qaz xəttindəki qazın təzyiqi - bunların hamısı məsafədən nəzarətdədir və müşahidə edilir".

Radiator, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
“Heç kim məsuliyyətdən kənarda qalmayacaq, hamının barəsində ölçü götürüləcək”

Bu barədə Sputnik Azərbaycan-a "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev danışıb.

O, qeyd edib ki, yeni məsafədən izləmə sistemi ilə hətta mobil telefon vasitəsilə belə qazanxanalara məsafədən nəzarət etmək mümkündür.

"Mərkəzi dispetçer xidmətində, aidiyyəti şəxslərin bütün rayon istilik sistemləri sahələrində hamıya şərait yaradılıb ki, Bakıdan Azərbaycanın istənilən bölgəsində hər hansı bir qazanxananın rejiminə, parametrinə baxsın. Bu da istilik təchizatına, yəni fasiləsizliyinə birbaşa təsir edən amildir. Qazanxana öz fəaliyyətini dayandıran kimi bizdə mərkəzi dispetçer xidmətində həmin qazanxanaya aid olan göstərici yanıb-sönməyə başlayır, biz bunu müşahidə edib, problemi aradan qaldırmağa çalışırıq".

Onun sözlərinə görə, bu sistem artıq 2 ildir ki, Azərbaycanda tətbiq olunur.

Xəbər lenti
0