Böyük ada qaranlığa qərq oldu

© pixabay / PavlofoxЧеловек зажигает свечу в темноте, фото из архива
Человек зажигает свечу в темноте, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Elektrik enerjisinin kəsilməsi səbəbindən bütün işıqforlar sönüb, yol hərəkətinin tənzimlənməsi üçün meriya əlavə hüquq-mühafizə dəstələrini cəlb edib

BAKI, 29 sentyabr — Sputnik. Tenerife adası (İspaniya, Kanar adaları) işıqsız qalıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə xəbəri Santa-Krus-de-Tenerife şəhərinin meriyası sosial şəbəkədə yayıb.

​"Bütün adadakı problemdən söhbət gedir. Biz nə baş verdiyini dəqiqləşdirməyə çalışırıq ki, problemi mümkün qədər tez həll edək. Narahatlığa görə üzr istəyirik", - Twitter-də paylaşılan məlumatda deyilir.

Elektrik enerjisinin kəsilməsi səbəbindən bütün işıqforlar sönüb, yol hərəkətinin tənzimlənməsi üçün meriya əlavə hüquq-mühafizə dəstələrini cəlb edib. "Endesa" elektrik şirkəti bildirib ki, problemin aradan qaldırılması altı saat aparacaq.

İşığın söndürülməsinin səbəblərinə dair rəsmi bəyanat vrilməyib.

Xəbər lenti
0