Telefonu başının altına qoyub yatdı, öldü

CC0 / rawpixel / phoneMobil telefon batareyası
Mobil telefon batareyası - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə sentyabrın 28-nə keçən gecə baş verib. Smartfonun markası barədə məlumat verilmir. Polisə qızın öldüyünü onun valideynləri bildiriblər

BAKI, 29 sentyabr — Sputnik. Qazaxıstanın Almatı vilayətinin Bestoba kəndində 14 yaşlı qız ölüb.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, qız telefonunu enerji yığması üçün cərəyana qoşub, yastığının altına qoyaraq, yuxulayıb.

Smartfon - Sputnik Azərbaycan
Ən yaxşı smartfonların reytinqi: "iPhone" birinci deyil

"Uşağın bədənində zorakı ölüm əlamətləri yoxdur. Təxmin edilir ki, o, elektrik cərəyanı vurması nəticəsində ölüb", - yerli hüquq-mühafizə orqanlarından verilən məlumatda deyilir.

Hadisə sentyabrın 28-nə keçən gecə baş verib. Smartfonun markası barədə məlumat verilmir. Polisə qızın öldüyünü onun valideynləri bildiriblər.

Olay bədbəxt hadisə kimi dəyərləndirilib. Təfərrüatları müəyyənləşdirmək üçün istintaq təyin olunub.

Xəbər lenti
0