Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Film posterlərinə "geniş qapanmış gözlərlə" baxmaq: uşaqları "siyahı"dan silin

© Sputnik / Aleksey Danichev / Mediabanka keçidКинозал, фото из архива
Кинозал, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Brendlərin posterləri hazırlanarkən onlar bunu testlərdən keçirdikdən sonra göndərirlər. Partnyorun göndərdiyi reklamlara məhdudiyyət qoymaq, dəyişmək səlahiyyətimiz yoxdur"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 sentyabr — Sputnik. Paytaxtda fəaliyyət göstərən kinoteatrlardan birinin qorxu filminin posterini açıq şəkildə reklam etməsi valideynlərin qınağına səbəb olub.

Зрительный зал, архивное фото - Sputnik Azərbaycan
Bu ilin ən qorxulu filmləri məlum olub

Sputnik Azərbaycan-ın məlumatına görə, 28 Mall-da fəaliyyət göstərən "Cinema plus" kinoteatrı "Siccin 6" qorxu filminin posterini foyedə yerləşdirib. Valideynlər bu cür qorxu filmlərinin posterinin açıq şəkildə nümayiş etdirilməsinin kinoteatra gələn uşaqları qorxutduğunu  "Facebook" sosial şəbəkəsində bildiriblər. Hətta valideynlərdən biri övladı qorxduğu üçün bu posterin uşaqların keçdiyi yerdən yığışdırılmasını tələb etsə də, valideynin sözlərinə görə, onun bu tələbinə məhəl qoyan olmayıb.

Sputnik Azərbaycan-a açıqlama verən valideyn Şahnaz Həsənova bildirib ki, kiçik qızını kinoteatra apardıqda bu posterlə rastlaşıb: "Bu poster kinoteatrın kassasının yanında qoyulmuşdu. Mən də ötən şənbə günü qızımla kinoteatra getmişdim. Qızım posteri görüb qorxdu. Mən kinoteatrın nümayəndələrinə bildirdim ki, uşaqlar üçün kino göstərdikdə bu cür qorxu filmlərinin posterini yığışdırmaq lazımdır. Amma onlar yayımladıqları kinoları reklam etməli olduqlarını bildirdilər".

"Cinema Plus" LLC-nin PR meneceri Nara Həsənova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, posterlər onlara studiyalar tərəfindən göndərilir:

"Bizim ixtiyarımız yoxdur ki, nümayiş olunan kinoların posterlərini dəyişək. Studiyalar posterləri necə göndərirsə, biz də onu çap edib yerləşdiririk. Bu məsələdə məsuliyyəti studiyalar daşıyır. Həmin valideynə də posterin hazırlanmasında studiyanın məsuliyyət daşıdığını bildirmişik. Amma biz kinoteatr olaraq belə qorxulu filmlərin reklamını zalda cizgi filmlərindən öncə etmirik. Tamaşaçılarımız bizim üçün çox dəyərlidirlər. Biz çalışırıq ki, kiçik tamaşaçılarımıza qarşı daha həssas davranaq".

Qeyd edək ki, kinoteatrlar son illər paytaxt sakinlərinin ən çox üz tutduğu məkanlaran biri olduğundan burada nümayiş olunan filmlərin posterinin hazırlanması xüsusi diqqət tələb edən məsələlərdəndir. Xüsusilə qorxu filmlərinin posterləri hazırlanarkən uşaqların yaş senzinin nəzərə alınıb-alınmaması sual doğurur.

Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) mətbuat katibi Hüseyn Azəri Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, foye qapalı məkan olduğu üçün onlara nəzarət ADRA-nın səlahiyyətində deyil: "Biz yalnız açıq məkandaki reklamlara nəzarət edirik".

Kinozal, arxiv şəkli - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Bakıda keçiriləcək festivala 3,5 min film göndərilib

PAŞA İnşaat Ticarət Mərkəzlərinin Marketinq meneceri Nuranə İsgəndərova isə Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətində bildirib ki, ticarət mərkəzi beynəlxalq brendlərin məhsullarının reklamında dəyişiklik edə bilməz: ""Cinema Plus" xarici ölkələrlə iş birliyi quran kinoteatrdır. Brendlərin posterləri hazırlanarkən onlar bunu testlərdən keçirdikdən sonra göndərirlər. Partnyorun göndərdiyi reklamlara məhdudiyyət qoymaq, dəyişmək səlahiyyətimiz yoxdur".

Qeyd edək ki, "Reklam haqqında" qanunda reklamda yetkinlik yaşına çatmayanların müdafiəsi ilə bağlı maddə yer alıb. Bu maddədə qeyd edilir ki, yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklam məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazisindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədən yaxın yerləşdirilə bilməz. Göründüyü kimi, qanunda uşaqların da üz tutduğu məkanlarda onlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklamlara qadağa öz əksini tapmayıb. Qanundakı bu boşluq isə sahibkarlara "meydan sulamağa" imkan yaradır.

Xəbər lenti
0