Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qaxda göldə kişi meyiti tapılıb

© pixabay / greekfood-tamystikaDənizdə batan adam. Arxiv şəkli
Dənizdə batan adam. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Aparılan araşdırma zamanı suda boğulan şəxsin Şəki rayon sakini 32 yaşlı Asiman Ağəli oğlu Məmmədovun olduğu məlum olub.

BAKI, 29 sentyabr — Sputnik. Sentyabrın 28-də axşam saatlarında Qax rayonu Lələli kəndinin inzibati ərazisində süni göldə kişi meyiti tapılıb. 

Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, aparılan araşdırma zamanı suda boğulan şəxsin Şəki rayon sakini 32 yaşlı Asiman Ağəli oğlu Məmmədovun olduğu məlum olub.

Meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və
Patoloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti
0