Siyasətçini Jak Şirakla vida mərasiminə buraxmırlar

© REUTERS / Pascal RossignolMarin Le Pen, arxiv şəkli
Marin Le Pen, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bazar ertəsi, sentyabrın 30-u Jak Şirakın ölümü ilə əlaqədar milli matəm günü elan edilib. Eks-prezident Parisin Monparnas qəbristanlığında, böyük qızı Loransın yanında dəfn olunacaq

BAKI, 29 sentyabr — Sputnik. "Milli birlik" partiyasının lideri Marin Le Pen bazar ertəsi təşkil ediləcək Jak Şirakla vida mərasiminə buraxılmayacaq. Bu qərarda eks-prezidentin ailəsi israr edir.

İlham Əliyev Fransanın ölkəmizdəki səfirliyində olub, sabiq Prezident Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı verib - Sputnik Azərbaycan
Prezident səfirliyə getdi, Jak Şirakla bağlı ürək sözlərini yazdı - FOTOLAR

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, Fransa Prezidenti Emmanuel Makron və 30 xarici ölkə başçısının iştirak edəcəyi rəsmi mərasim bazar ertəsi Parisdə, Sen-Sülpis kilsəsində keçiriləcək.

Bir müddət öncə Marin Le Pen mərasimdə iştirak etmək niyyətində olduğunu bildirmişdi. Bazar günü France Press agentliyi Şirakın qohumlarının Le Penin vidada iştirakını istəmədikəri xəbərini yayıb.

​"Şirak ailəsinin fransız xalqının bütün seçilən nümayəndələrinin keçmiş prezidentin xatirəsinə təşkil olunacaq mərasimə qatılmasına imkan verən respublika adətlərinə hörmət etməkdən boyun qaçırdığına görə çox təəssüf edirik", - deyə Fransa parlamentinin üzvü olan Le Pen Twitter-də yazıb.

Jak Şirak sentyabrın 26-da 86 yaşında vəfat edib. O, 1995-2007-ci illərdə Fransanın prezidenti olub. Bazar ertəsi, sentyabrın 30-u Jak Şirakın ölümü ilə əlaqədar milli matəm günü elan edilib. Eks-prezident Parisin Monparnas qəbristanlığında, böyük qızı Loransın yanında dəfn olunacaq.

Xəbər lenti
0