Çili sahillərində güclü zəlzələ oldu

Abunə olmaq
Konstitusyon şəhərindən 70 km aralıda baş verən zəlzələdə xəsarət alanlar, mümkün ziyan və sunami təhlükəsi barədə hələlik məlumat verilmir

BAKI, 29 sentyabr — Sputnik. Çili sahillərində Rixter şkalası ilə 6.6 bal gücündə zəlzələ olub.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə Milli Seysmoloji Xidmət məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla 15.57-də, Konstitusyon şəhərindən 70 km aralıda, 30.9 km dərinlikdə baş verib.

Xəsarət alanlar, mümkün ziyan və sunami təhlükəsi barədə hələlik məlumat verilmir.

 

Xəbər lenti
0