Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: “Cənub Qaz Dəhlizi” Azərbaycan iqtisadiyyatının dayanıqlılığını artıracaq

© © Fuad İbrahimovun şəxsi arxivindənİqtisadçı-ekspert Fuad İbrahimov
İqtisadçı-ekspert Fuad İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, layihəni iqtisadi dövriyyəyə cəlb etməklə Azərbaycanın iqtisadiyyatının şaxələnməsini artırmış olacağıq
Fuad İbrahimov: “Azərbaycanın investisiya cazibədarlığı artacaq”

“ABŞ Prezidenti Donald Tramp öz məktublarında ABŞ-ın Cənub Qaz Dəhlizinə davamlı dəstəyini ifadə edib”. Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov “2019 Xəzər Biznes Forumu”nda deyib.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan müstəqillik dövründə artıq üç böyük layihəni həyata keçirib: “Bu layihələr regional meqalayihələrdir. Hazırda reallaşdırılan “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın investisiya cazibədarlığını artıracaq. Biz ilk üç layihəmizi iqtisadi dövriyyəyə cəlb etməyi bacarmışıq. Bu layihəni də iqtisadi dövriyyəyə cəlb etməklə Azərbaycanın iqtisadiyyatının şaxələnməsini və dayanıqlılığını artırmış olacağıq”.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0