CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xınalıq sakinləri titrəyişdən oyandılar

© Sputnik / Leyla AbdullayevaXınalıq kəndi
Xınalıq kəndi - Sputnik Azərbaycan
Abunə olmaq
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə yeraltı təkanlar yerli vaxtla saat 23:17-də Xınalıq stansiyasından 10 km şimal-şərqdə qeydə alınıb

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 28 sentyabr — Sputnik. Azərbaycanın ucqar kəndində zəlzələ baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, zəlzələ Qubanın Xınalıq kəndində hiss olunub. Kənd sakinləri bildiriblər ki, gecə saatlarında yeraltı təkanlar hiss ediblər.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə isə yeraltı təkanlar yerli vaxtla saat 23:17-də Xınalıq stansiyasından 10 km şimal-şərqdə qeydə alınıb.

Xəbər lenti
0