SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Niderlanddan İndoneziyaya – Müvəqqəti işlər vəkilimiz səfir oldu

© Official website of President of Azerbaijan Republicİlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikası Prezidenti İlam Əliyev Mirzəyev Cəlal Sabir oğlunun səfir təyin edilməsi ilə bağlı sərəncam verib

BAKI, 28 sentyabr — Sputnik. Azərbaycan Respublikasının İndoneziya Respublikasına fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Sputnik Azərbaycan xəbər verir ki, Mirzəyev Cəlal Sabir oğlunun səfir təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam verib.

Xatırladaq ki, Mirzəyev Cəlal Sabir oğlu 1977-ci ildə Masallı rayonunda doğulub.

© © Foto Azərbaycanın Niderlanddakı nümayəndəliyi tərəfindən təqdim olunubCəlal Mirzəyev
Niderlanddan İndoneziyaya – Müvəqqəti işlər vəkilimiz səfir oldu - Sputnik Azərbaycan
Cəlal Mirzəyev

O, 1999-cu ildən Xarici İşlər Nazirliyində çalışır.

2001-2003-cü illərdə Nyu-Yorkda BMT yanında Daimi Nümayəndəlikdə II-III katib vəzifələrində, 2003-2005-ci illərdə Brüsseldə, 2005-2007-ci illərdə Xarici İşlər Nazirliyinin birinci qərb ərazi idarəsində I katib vəzifəsində çalışıb.

2007-2009-cu ildə Malayziyada birinci katib, 2009-2011-ci illərdə XİN-in Avropa İdarəsində şöbə müdiri, 2011-2015-ci illərdə Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin müşaviri, 2015-2017-ci illərdə Amerika İdarəsinin rəis müavini, 2017-2019-cu il sentyabrın 27-nə qədər Niderlandda müvəqqəti işlər vəkili vəzifələrində çalışıb.

Xəbər lenti
0