Hərbi ekspert Azərbaycan və Rusiya arasında imzalanmış hərbi sənədi şərh edir

Abunə olmaq
Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, yüksək səviyyəli sənədləri güc strukturlarının rəhbərləri imzalayır
Üzeyir Cəfərov: “Bu sənəd razılaşdırma mahiyyəti daşıyır”

Bakıda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Hərbi-Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclası keçirilib. Görüşün sonunda “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hərbi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclasının Protokolu” imzalanıb.

Hərbi ekspert Üzeyir Cəfərov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanın Rusiya ilə hərbi-texniki əməkdaşlığı davam edir:

“Rusiya tərəfi ilə imzalanmış sənəd də yeni hərbi təyinatlı məhsulların alınması, o cümlədən hərbi kadrlarımızın Rusiyada keçirilən tədbirlərdə iştirakının razılaşdırılmasını ehtiva edir. Daha yüksək səviyyəli sənədləri güc strukturlarının rəhbərləri imzalayır. Görünür ki, bu sənəd razılaşdırma xarakteri daşıyır”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

Xəbər lenti
0