Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

“Azərbaycanda ilansancmadan ölüm halları artıb” – Baş toksikoloq

Abunə olmaq
Onun sözlərinə görə, ilansancma hadisələri daha çox Şirvan, Hacıqabul, Bərdə, Yevlax və Kürdəmir rayonları ərazisində qeydə alınıb

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 sentyabr — Sputnik. "Azərbaycanda aprel ayından bu günədək 96 nəfəri ilan sancıb".

Bu barədə Sputnik Azərbaycan-a 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Azərbaycanın baş toksikoloqu Azər Maqsudov məlumat verib. A.Maqsudov bildirib ki, Mərkəzə gətirilənlər arasında ağır vəziyyətdə olanlar da olub. Amma şöbə müdiri Kliniki Tibbi Mərkəzdə bu mövsüm ilansancmadan ölüm halının qeydə alınmadığını bildirib. 

Торговый центр 28 Mall - Sputnik Azərbaycan
CƏMİYYƏT
İlan "28 Mall"a necə daxil olub? - Açıqlama
Onun sözlərinə görə, Sumqayıtda və regionlarda ilansancmadan ölüm faktı baş verib: "Yaşma bağları" adlanan yaşayış massivində bu mövsüm baş verən ilansancma ölümlə nəticələnib. Bir neçə rayonumuzda da ilan sancan dörd nəfər xəstəxanaya gec çatdırıldıqlarından onların həyatını xilas etmək mümkün olmayıb. Ötən mövsümlə müqayisədə bu mövsüm ilansancmadan ölüm halı daha çox qeydə alınıb".

A.Maqsudov ilansancma hallarının əsasən Aran bölgələrində qeydə alındığını söyləyib. Onun sözlərinə görə, ilansancma hadisələri daha çox Şirvan, Hacıqabul, Bərdə, Yevlax və Kürdəmir rayonları ərazisində qeydə alınıb. Şöbə müdiri deyib ki, ilan sancanlardan 14-ü uşaq olub. O qeyd edib ki, ilan sancan şəxslərin 30 faizini qadınlar, yerdə qalanını kişilər təşkil edib.

Qeyd edək ki, hər il Səhiyyə Nazirliyi ilansancma hadisələrində tibbi-yardım üçün rayon xəstəxanalarına, kəndlərdəki tibb məntəqələrinə zərdab paylandığını bəyan etsə də, regionlarda ilan sancan şəxslərin dünyasını dəyişməsi zərdab çatışmazlığı olduğundan xəbər verir.

Xəbər lenti
0