CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkəyə bal gətirilməsi qadağan edilə bilər

© Sputnik / Murad OrujovЕжегодная медовая ярмарка в Баку
Ежегодная медовая ярмарка в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib ki, əlaqədar qurumlarla birgə bu istiqamətdə ciddi araşdırmalar aparılır

BAKI, 28 sentyabr — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi ölkədə balın idxalına qadağa qoyulması ilə bağlı təklifi araşdırır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib.

Bal - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bal yarmarkasına gətirilən keyfiyyətsiz məhsul aşkar edildi

Nazir müavini vurğulayıb ki, əlaqədar qurumlarla birgə bu istiqamətdə ciddi araşdırmalar aparılır. Xatırladaq ki, Azərbaycan Arıçılar Assosiasiyası ölkəyə balın idxalının qadağan edilməsi ilə bağlı təkliflə çıxış edib.

Ötən il Azərbaycanda 3 min ton bal istehsal olunub. Builki bal istehsalı artıq 6 min tona yaxınlaşır. Əvvəlki illərdə hər arı ailəsindən 8-10 kiloqram bal istehsal olunurdusa, bu il orta məhsuldarlıq 15 kiloqrama çatır. Azərbaycan artıq xaricə bal ixrac etməyə başlayıb. Bu il Yaponiyaya 8 ton, Birləşmiş Ərəb Əmirliklərinə 3 ton, Dubaya isə 4 tona yaxın bal göndərilib. Hazırda isə İordaniya ilə danışıqlar aparılır.

Nazir müavini arıçılıq işində gələcək məqsədlərdən də danışıb. Bildirib ki, məhsuldarlığın artımında bir neçə məqsəd var: “Bal məhsuldarlığının artırılması məqsədilə bizim qarşımızda bir neçə ciddi vəzifələr dayanıb. Burada ən vaciblərindən biri, Azərbaycanın brend arıçılıq cinsləri "Bozdağ", "Qafqaz" cinsi və "Sarı" arı "Qafqaz" cinsinin tam təmizliyinə nail olmaqdır. Bu cins genetik məhsuldarlığın artımında önəmli bir rol oynayır. İkinci məsələ isə arıçılığın yem təminatının yaxşılaşdırılmasıdır”.

Xəbər lenti
0