BAKI, 28 sentyabr — Sputnik. Bakıda kafenin damında 86 yaşlı kişinin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Nərimanov rayonunda kafenin damından 1 nəfərin meyitinin götürülməsi üçün müraciət daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1933-cü il təvəllüdlü Dubovik Eduard Adamoviçin meyitini aşağı endirərək aidiyyəti üzrə təhvil veriblər.